Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-05 10:31:00
Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) TOEFL iBT imtahanı avqustun 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil ediləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan verəcək şəxslər saat 13:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

 

İmtahan saat 14:00-da başlanır.

 

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

 

İmtahan haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.