Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-27 13:48:00
Fənn olimpiadalarının ilk mərhələsinə Bakı üzrə 4 mindən çox şagird iştirak edib  

Respublika fənn olimpiadalarının şəhər mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 4 mindən çox şagirdi iştirak edib.

 

Bu barədə AzEdu.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, olimpiadaların şəhər mərhələsi paytaxtdakı 14 imtahan mərkəzində təşkil edilib. IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi respublika fənn olimpiadalarının şəhər mərhələsi Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə təşkil olunub.

 

Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri www.portal.edu.azwww.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə yanvarın 30-dan elan olunacaq.

 

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan maraqlarının artırılmasından ibarətdir.

 

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.