Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-03 16:02:00
  Avropada karyera imkanı – İrlandiya təhsilinin üstünlükləri    

Olduqca gözəl təbiəti, gəzməli görməli yerləri ilə İrlandiya bənzərsiz ölkədir. Burada təhsil aldığınız dövr ərzində misilsiz gözəlliklərə sahib ölkədə yaşayacaqsınız.

 

Qədim universitetlərə, eyni zamanda, müasir təhsil sisteminə malik olan  İrlandiyada 160-dan çox ölkədən 40 mindən çox əcnəbi tələbə təhsil alır.

 

AzEdu.az  İrlandiyada magistr şanlarını təqdim edir.

 

Keyfiyyətli təhsil

 

İrlandiya Avropanın köklü universitetlərinə sahibdir.  Təbiət elmləri,  sosiologiya və mühəndislik kimi sahələr üzrə  dünyanın ən yaxşı universitetləri siyahısına daxildir.

 

Büdcənizə uyğun təhsilhaqqı

 

İrlandiyada təhsilhaqları ABŞ, İngiltərə, Kanada kimi eyni təhsil standartlarına sahib ölkələrə nisbətən olduqca aşağıdır. Burada magistratura üzrə təhsilhaqqı 10 min avrodan başlayır. Eyni zamanda, ölkədəki günlük xərclər, olduqca aşağıdır.

 

Avropada tanınan təhsil

 

İrlandiya universitetləri Avropada olduqca yüksək nüfuza malikdirlər. Alacağınız diplomla Avropanın əksər ölkələrində karyera şansı əldə edəcəksiniz.

 

Mükəmməl iş imkanları

 

İrlandiyada Google, Microsoft, Facebook, Youtube kimi dünyanın ən prestijli şirkətləri yerləşir. Burada magistratura təhsili sizə dünyanın aparıcı brendlərində iş imkanları yaradacaq.

 

 

Dil biliyinizin inkişafı

 

İrlandiyada magistr təhsili alarkən ingilis dilinizi də inkişaf etdirmək imkanı əldə edəcəksiniz. Ana dili ingiliscə olan ölkədə yaşayaraq yüksək səviyyədə xarici dil biliyiniz olacaq.

 

 

 

İrlandiyada magistr şərtləri

İrlandiyada magistratura üzrə təhsil almaq istədiyiniz sahə bakalavr təhsilinizlə nə dərəcədə eynidirsə, qəbul olmaq şansınız da o qədər yüksəkdir. Buna baxmayaraq, fərqli sahələr üzrə təhsil almaq istəyən tələbələrə  təhsil fərqini aradan qaldırmaq üçün əlavə kurslar təşkil edilir.

 

Ölkədə magistraturaya qəbul üçün ən önəmli şərtlərdən biri də dil biliyidir. İELTS 6.0-6.5  göstəriciləri qəbul üçün kifayət edəcək. Bakalavriatura nəticələrinizin  də qəbul olmağınızda payı yüksəkdir.

 

İrlandiyada magistraturaya müraciət tarixləri

 

İrlandiyada magistratura üçün sənəd qəbulu əsasən, tədris ilinin əvvəlindən başlayaraq,  may ayında başa çatır. Bəzi özəl universitetlərdə isə, avqust ayının sonuna qədər müraciət şansınız var.

 

Qeyd edək ki, İrlandiyada magistr təhsili 1-2 il olur. Magistraturanı uğurla başa vuran məzunlara ölkədə 2 il işləmək icazə verilir.  Bu da İrlandiya təhsilinin cəlbedici edən əsas cəhətlərdəndir.