Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-16 14:39:00
Şagirdlər  yay  tətilini faydalı keçirmək üçün nə etməlidirlər?- Psixoloqdan VACİB TÖVSİYƏLƏR

Pandemiya şəraitində cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdi.  Nəticədə məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış oldu. 

 

Mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur. Bu məktəblər  ödənişsiz  və  könüllüdür.

 

Bu zaman  “Yay məktəbi”ndə  iştirak  etməyən  şagirdlər  tətili  necə  faydalı  keçirə  bilər?

 

AzEdu.az   xəbər  verir ki,  bu  mövzuda  uşaq  və  yeniyetmələr  üzrə  psixoloq  E. Seda Öz Uslu  şagird  və  valideynlərin  yay  tətilini  necə  keçirməklə  bağlı  planlarına  diqqət  çəkib:

 

“Şagirdlərin uzun bir tədris ili və qış mövsümündən sonra  yay tətilinə çıxma sevinci  çox təbiidir. Uşaqlardan yay tətilini necə keçirtmək istədikləri soruşulduqda, əksər uşaqlar “Heç bir şey etməmək, yatmaq, televizor seyr etmək, kompüter oyunları oynamaq və dostları ilə vaxt  keçirmək” cavabını verirlər. Əksər valideynlərdən yay tətili ilə bağlı ən böyük problemlərinin nə olduğu soruşulduqda, "Uşaqlarım çox yatır, hər zaman televizora baxır və kompüterdə oyun oynayır və heç nə etmirlər" deyə  cavab  verirlər. Bu problemi  həll etmək  üçün  ilk  növbədə  tətili  valideynlə  uşağın bərabər  həm  əyləncəli, həm də  faydalı zaman  keçirə  bilmələri  üçün  birlikdə planlaşdırmaları  məsləhətdir”.

 

Psxoloq  bildirir  ki, istirahət  və  əyləncə  ilə  yanaşı  dərslərə  də  diqqət  ayrılmalıdır:

 

“Uşaqlar yay tətilinin əyləncəli və səmərəli keçməsi üçün valideynlərinin köməyinə ehtiyac duyurlar. Yay  tətilini planlanan  zaman  istirahət, səyahət  etməyə və  əylənməyə  zaman  ayırarkən, eyni  zamanda  dərs  ili  müddətində  şagirdin  hansı  dərslərdə  zəif  nəticə  göstərməsi, həmin  dərslərin  daha  yaxşı  mənimsənilməsi  üçün  tədbir  görülməsinə  də  diqqət  edilməlidir. Yay  tətilini  uşaqların  ailələri  ilə  birlikdə  planlamaları  çox  vacibdir. Əks  təqdirdə  sadəcə  valideynlərin  planladığı  və  ediləcəklərə  qərar  verdiyi  tətil  bir  məcburiyyətdən  kənara  çıxa  bilməz  və  uşağın bunları  sevərək, həvəslə  etməsinə mane olur”.

 

Planlama  aparılarkən  aşağıdakılara diqqət  edilməlidir:

 

  1. İlk növbədə şagirdlərin tətilə ehtiyacı var. Dərslərdən kənar  bir müddət təqdim edilməlidir.

 

  1. Yay ayları uşaqların incəsənət, idman və sosial yönlərini inkişaf etdirmək üçün bir fürsətdir.

 

  1. İl ərzində  şagirdin  çətinlik  çəkdiyi  və  qiymət  göstəricilərinin  aşağı  olduğu  dərslərlə  məşğul  olmaları  üçün  həftənin 3 və 5-ci  günləri  2-3  saatı  ayırmaq  daha  idealdır.

 

  1. Yay tətili zamanı şagirdləri yaşlarına uyğun kitab oxumağa təşviq etmək çox vacibdir.

 

  1. Kompüter və televizor  qarşısında  vaxt  keçirməri, telefonda  oyun oynamağı məhdudlaşdırmaq lazımdır.

 

  1. Şagirdlər üzgüçülük, basketbol və voleybol kimi idman fəaliyyətlərinə yönəldilə bilər.

 

  1. Ailə səfərləri planlaşdırıla bilər.

 

  1. Yeni sinifə keçən uşaqlar tətil zamanı mövzuları təkrarlayaraq köhnə biliklərini möhkəmləndirə  və  yeni  tədris  ilinə  daha  uğurlu  başlaya  bilərlər.

 

 

O  qeyd  edib  ki, "Tətil" ifadəsi "heç bir şey etmədən oturmaq" mənasını verməməlidir:

 

“Tətilin dəyəri, insan gündəlik fəaliyyətlərindən  fərqli bir şey etdikdə və ya hobbilləri  ilə məşğul olduqda, bədəni və beynində istirahət etdikdə aydın olur. Bu mənada uşaqların bütün tətili boş oturaraq, yatarkən televizor və ya kompüter qarşısında keçirmələrini tövsiyə etmirik.Bir tətil  müddəti  planlaşdırıldıqda, xoş və məhsuldar olur. Plan sizi qarşıya qoyulmuş hədəfə yaxınlaşdıracaq”.