Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-12 12:54:00
Nobel mükafatçısı vəfat etdi  

2010-cu ildə Kimya üzrə Nobel mükafatına layiq görülən yapon alimi Eyiti Neqisi 85 yaşında vəfat edib.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə alimin çalışdığı İndiana ştatının (ABŞ) Perdyu Universitetinin rəhbərliyi məlumat yayıb.

 

Neqisi həmkarları Riçard Hek (ABŞ) və digər yapon alimi Akira Suzuki ilə birlikdə Nobel mükafatına layiq görülmüşdü.

 

Onların kəşfləri sayəsində bənzərsiz tibbi preparatlar və yeni materiallar yaratmaq mümkün olub.

 

Qeyd edək ki, mərhum alim 1979-cu ildən Perdyu Universitetində çalışırdı.