Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-01 10:00:00
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “dərs vaxtı” proqramı aprelin 30-na olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən AzEdu.az-a bildirilib ki, proqramda dərzi, bərbər-vizajist-manikürçü, qrimçi-pastijor, heyvandarlıq mütəxəssisi, turizm təşkilatçısı, qənnadçı-şirniyyatçı, sənayedə quraşdırma işləri üzrə usta, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi yutub kanalı ilə yanaşı, feysbuk səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.