Azedu.az

Daha bir müəllim koronavirusdan öldü

19 Aprel 2021, 11:50
Daha bir müəllim koronavirusdan öldü

Bakıda 42 nömrəli məktəbin ibtidai sinif müəllimi Sara Rzayeva koronavirusdan vəfat edib. 

 

 

AzEdu.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya müəllimin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, 65 yaşlı müəllim aprel ayının əvvəllərində koronavirusa yoluxub. Aprelin 17-də müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) dünyasını dəyişib. 

 

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris distant formada təşkil olunur.  

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox