Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-17 17:48:00
Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin 14 sinfi distant təhsilə keçib  

Son günlər Lənkəran rayonunun ümumtəhsil müəssisələrində çalışan 10-a yaxın müəllimdə koronavirus infeksiyası aşkar olunub. COVID-19 testi müsbət çıxan müəllimlər karantinə alınıblar.

 

AzEdu.az xəbər verir ki, bu barədə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva məlumat verib.

 

Aprelin 12-dən Lənkəran şəhər 10 nömrəli tam orta məktəbdə 14 sinfin distant təhsilə keçdiyini vurğulayan Ü.Əliyeva, distant təhsil alan siniflərdən 6-nın birinci, 5-nin beşinci, 2-nin üçüncü, 1-nin isə yeddinci sinif olduğunu diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, rayonun digər məktəblərində çalışan müəllimlərin şəhər 10 nömrəli tam orta məktəbin kollektivi və şagirdləri ilə təması olmadığından həmin məktəblərdə belə bir tədbirin görülməsinə ehtiyac yoxdur.

 

Aprelin 1-dən Lənkəran şəhər 4 nömrəli məktəb-liseydə distant təhsildə olan “II A” sinfi isə aprelin 15-dən əyani təhsilə başlayıb.(Azərtac)