4478 saylı günəş ləkələri qrupu 2026-cı ilin digər qrupları arasında ən böyük ölçülərə çatıb.
AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu nəzdində fəaliyyət göstərən Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Alimlərin məlumatına görə, onun sahəsi təxminən 1 200 vahid təşkil edir Müqayisə üçün qeyd olunur ki, bundan əvvəl rekord 4366 saylı qrupa məxsus idi. Həmin qrup maksimum mərhələdə 1 100 vahid sahəyə malik olmuş, X8.1 gücündə partlayış törədərək güclü partlayışların ümumi sayına görə XXI əsrin rekordunu təzələmişdi.
"Bununla belə, həmin sahədə hələlik faktiki aktivlik yoxdur. Hərdən buradan kosmosa zəif plazma buludları atılır ki, onlardan biri iyunun 30-da, digəri isə iyulun 1-də Yerə çatacaq", - deyə laboratoriyadan əlavə ediblər.