Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-05 14:48:00
Mübariz Mənsimov ev dustaqlığına buraxıldı

Türkiyədə həbs olunan azərbaycanlı iş adamı - “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov bu gün məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib.

 

Xatırladaq ki, İstanbulun Baş Prokurorluğu bir neçə gün öncə Mübariz Mənsimovun sərbəst buraxılmasını istəmişdi.


Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

 

Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

O, bugünkü məhkəmədə də FETÖ ilə bir bağlılığı olmadığını deyib və tam bəraət istəyib.