https://www.zirve.edu.az/
01.03.2018 08:54
Bakı Ali Neft Məktəbində birinci karyera sərgisi açılıb - FOTOLAR

Martın 1-də Bakı Ali Neft Məktəbində (BANM) birinci karyera sərgisi açılıb.

AzEDU xəbər verir ki, “ASAN” Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və BANM-ın birgə təşkilatçılığı ilə sərgi keçirilib. Tədbirdə ali məktəbin rektoru Elmar Qasımov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da iştirak edirlər.

BANM və “ASAN” Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin ilk birgə layihəsi sayılan bu sərgidə 50-dən çox nüfuzlu yerli və transmilli şirkət təmsil olunur. Sərgidə iştirak edən gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada bilirlər. Şirkətlərin təmsilçiləri isə potensial kadrlar seçmək imkanı əldə edirlər.

15198916683577444666_1000x669.jpg15198916685732555550_1000x669.jpg15198916684214711030_1000x669.jpg15198916683845234544_1000x669.jpg