Azedu.az

88 yaşında elmlər doktoru oldu

Məktəbəqədər təhsil

Orta təhsil

Kolleclər

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

AzEdu Tv

Araşdırma

Videolar

Seçilmişlər

Layihələrimiz

25 Mart 2018, 09:39
88 yaşında elmlər doktoru oldu

Yaponiyanın Kioto şəhərində yerləşən Ritsumaykan Unversitetində 88 yaşlı xanım Kiyoko Ozeki qədim toxuculuq məmulatları sahəsində tədqiqatlarına görə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

AzEDU.az Azərtac-a istinadən xəbər verir ki, həmin xanım 30 ildən çox bir müddətdə ölkədə Zyomon dövrünə aid parça və toxuculuq məmulatlarının hazırlanması üzrə araşdırma aparıb.

K.Ozekinin Yaponiyada parçaların yaranma mədəniyyətinin və onların xarakteristikasının tədqiqinə həsr olunan elmi işi universitetin attestasiya komissiyası tərəfindən yüksək qiymətləndirilib.

Elmi dərəcənin onu daha da həvəsləndirdiyini deyən T.Ozeki, bu istiqamətdə araşdırmaları davam etdirəcəyini vurğulayıb.

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox