Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-21 15:27:00
Xaricdəki tələbələrimiz informasiya cəbhəsində - “Həqiqətlərimizi çatdırmalıyıq”

 

 

“Sentyabrın 27-dən Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub.  Ölkədə Vətən müharibəsi gedir. Azərbaycan ordusu yeni tarix yazır-əzəli dədə-baba torpaqlarımızı işğaldan azad etmək yolunda savaşır. Bu günlərdə həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız bir olub, dünyaya Azərbaycan, Qarabağ həqiqətlərini çatdırmaq üçün çalışır.

 

AzEdu.az dünyanın müxtəlif ölkələrində təhsil alan tələbələrimizin bu istiqamətdə görüb-görəcəkləri  işlərlə  maraqlanıb.

 

İstanbul Aydın Universiteti Jurnalistika fakültəsinin I kurs tələbəsi Aidə Ramiz:

 

“Hazırda Türkiyə mediasında Qarabağ mövzusu önəmli yer tutur. Hər kəs Qarabağda gedən döyüşlərdən danışır, müəyyən fikirlər yürüdürlər. Onlar hər zaman bizimlə birgə olduqlarını bildirirlər. Türkiyədə fəaliyyət göstərən diaspora  nümayəndəliyi Azərbaycana dəstək üçün çalışır”.

 

Tələbə sosial mediada Azərbaycanla bağlı həqiqətləri yaymağın vacibliyindən də danışır:

 

 

“Azərbaycana dəstək üçün tez-tez yürüşlər keçirilir, tvitterdə Qarabağla bağlı həqiqətləri yazırıq və yalnış məlumatlara öz etirazımızı bildiririk. İndi ən önəmli məqam sosial mediada aktiv olub, faktları orada qeyd etməkdir. Türkiyədən Azərbaycan ordusunda döyüşmək üçün xeyli gənc qatılmaq istəyir, lakin dövlətimiz hələki buna ehtiyac olmadığını qeyd edib. Hər zaman Türkiyənin dəstəyini eşidirdim, amma buraya gəlib xüsusən də belə vəziyyətdə onların ölkəmizə münasibətini gördükdən sonra deyə bilərəm ki, biz iki dövlət bir millət deyilik, bir millət-bir dövlətik”.

 

“Burada Fərid Əzizlinin  rəhbərlik etdiyi Avstriya- Azərbaycan Cəmiyyəti mövcuddur. Bu cəmiyyətdə Azərbaycanda baş verən hadisələrlə bağlı toplantı keçirilib. Keçən həftə biz şəhidlərimizi yad etdik”.

 

Bu fikirləri Zalsburq  Universitetində təhsil alan azərbaycanlı tələbə Aqşin Məmmədov söyləyib. O, aktiv fəaliyyətdə olduqlarını vurğuladı:

 

“Bir neçə gündür #kharabakhisazerbaijan loqolu maska hazırlanıb əhaliyə paylanılır. Həmçinin sosial mediada aktiv fəaliyyətdəyik. Burada yaşayan azərbaycanlılar sosial media hesablarından Qarabağ Azərbaycandır! şüarı ilə tvitlər atır, erməni yalanlarını ifşa edir”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları