Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-29 17:47:00
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olundu    

“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 29-u üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, proqramda Azərbaycan və rus bölməsi üzrə dərslər izlənilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki şagirdlər üçün teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

 

Xatırladaq ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.