Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-13 18:11:00
DİM-də GRE: General Test imtahanı keçiriləcəkdir

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı GRE: General Test imtahanı 2020-ci il avqustun 15-i Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, imtahan saat 10:00-da başlanır. İmtahanda iştirak edən şəxslər saat 9-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

 

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, itahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

 

GRE: General Test imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/gre/ linkinə daxil ola bilərsiniz.