Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-04 10:02:00
Almaniyada pandemiya dövründə şagirdlər ilk dəfə məktəbə gediblər

Almaniyanın şimalında yerləşən Meklenburq-Vestern Pomerania əyalətində yay tətilindən sonra pandemiya dövründə ilk dəfə olaraq orta məktəblər açılıb. 


AzEdu.az BBC-yə istinadən verdiyi məlumata görə, Almaniyanın Federal Təhsil Naziri Anja Karliczek açılamasında deyib ki, məktəblərdə şagirdlərdən maska taxmaq tələb olunacaq. 

 

Qeyd edilib ki, bu qərar Almaniyanın 16 əyaləti üzrə tədricən qüvvəyə minəcək. 

 

Cümə axşamı Hamburqda, gələn həftə isə Berlində məktəblərin açılacağı bildirilib.

 

Leipziq Universiteti tərəfindən həyata keçirilən tədqiqat zamanı məktəblərin infeksiya mənbəyi olmadığı nəticəsinə gəlinib.

 

May və iyun aylarında Saksoniyada 2600 tələbə və müəllim üzərində aparılan testlərin nəticəsi də bunu təsdiqləyib. 

 

Qeyd edək ki, Almaniyada koronavirusa yoluxma hallarının artması səbəbindən hökumət distant təhsilə keçirilməsilə bağlı qərar vermişdi.

 

Cons Hopkins Universitetinin son məlumatına görə, Almaniyada bu günədək 211 mindən çox koronavirusa yoluxma qeydə alınıb.

 

APA