https://www.zirve.edu.az/
07.04.2020 17:38
Bu ölkələr yoxa çıxdı, bütün dünya Çinə qarşı... – Koronavirusun NƏTİCƏLƏRİ
Çap et

“Artıq ABŞ-ın güclü imici yoxdur, Avropa İttifaqı deyilən bir şey də yoxdur. Qərbin hökmranlıq etdiyi dünya da geridə qaldı”.

AzEdu.az xəbər verir ki, bu barədə türkiyəli yazar İbrahim Karagül deyib.

Türkiyəli yazar trilyon dollarlıq gücə sahib olan dövlətlərin maska tapa bilmədiyinə, bir-birinin tibbi ləvazimatlarını oğurladığına diqqət çəkib: “Ən mərhəmətsiz ölkələr indi ən çox mərhəmətə möhtac olanlar olub”.

İ.Karagül qurulacaq yeni dünyada dövlətlərin milli istehsala üstünlük verəcəyini hesab edir.

“Pandemiya bitəcək və bəşəriyyət yeni dünyaya oyanacaq. Güc və sərvət əl dəyişdirdi, siyasi və iqtisadi sistemin xarakteri də dəyişdi. Artıq Qərb həyat tərzinə şübhə edən bir dünya qurulacaq. Bu dünyada müdafiə, sənaye, texnologiya qədər kənd təsərrüfatına da önəm veriləcək”, - o qeyd edib.

Yazar bildirir ki, virusun dərmanı çox tez tapılacaq: “İyirmiyə qədər ölkə dərmanın tapılması üzərində iş aparır, bəzi ölkələr artıq insanların üzərində sınaqlar keçirir. Məlum dərmanların bir qismi müalicədə istifadə olunur. Bəlkə də ilk dəfə ən tez dərmanın tapılmasına şahid olacağıq”.

Yazar onu da iddia edir ki, Çinin vəziyyəti çətin ola bilər.

“Dünya ölkələri, eləcə də virusdan zərər görən şirkətlər xəstəliyi yayan ölkə kimi Çinə yüz milyardlarla dollarlıq məhkəmə iddiaları qaldıra bilərlər. Artıq indidən bu haqda danışırlar. Xüsusilə Böyük Britaniyada virusun heyvanlardan keçdiyi, Uhandakı laboratoriyadan bir insana bulaşdığı və belə yayıldığından bəhs edirlər. Bu da virusun süni şəkildə yaradıldığı ehtimalını gücləndirir. Bu iddialar böyük qarşıdurmalara səbəb ola bilər”.