Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-17 17:58:00
“Ömrüm, insaf eylə, əlimdə işim çoxdur” – 70 yaşlı Əhməd Qəşəmoğlu

 

Bu gün tanınmış sosioloq-alim, şair –publisist Əhməd Qəşəmoğlunun  70 yaşı tamam olur.

Qeyd edək ki, Əhməd Qəşəm oğlu Məmmədov  1950–ci ilin 15 fevralında Naxçıvan MR Babək rayonun Vayxır kəndində anadan olub.

1972–ci ildə Bakı Dövlət Universitetinin Mexanika–riyaziyyat fakültəsini əla qiymətlərlə bitirib  və Azərbaycan EA-nın Kibernetika İnstitutunda elmi fəaliyyətə başlayıb.  Bu gün də akademiyada çalışan Əhməd Qəşəmoğlu cəmiyyətə daha çox sosioloq kimi tanınır. Lakin onun Ahəngyol elmi konsepsiyası və digər elmi araşdırmaları  var ki, onlar Ə.Qəşəmoğlunu əslində, çox məhsuldar bir alim kimi də dəyərləndirməyə imkan verir.

Ə.Qəşəmoğlu AzEdu.az əməkdaşına özünün 70 yaş təəssüratı və gələcək əsas hədəfi barəsində danışıb:

 

 “Bu yaşıma qədər kifayət qədər tələsik, ya da qeyri-tələsik elmi və bədii istiqamətli işlər görüb,  xeyli yazılar yazmışam.  Allahdan istədiyim odur ki, mənə şans versin ki, o yazılarımı redaktə edib,  kitab şəklində oxuculara təqdim edə bilim.

Ömürlə bağlı qısa şeirimi də səsləndirirəm:

“Səndən qorxduğum qədər

 heç nədən qorxmuram, ömrüm

İnsaf eylə, əlimdə işim çoxdur”

Əlavə başqa bir kitab  da nəşr etdirməyi planlaşdırıram”.

Firayə Allahverdiyeva