Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 10:19:00
Defektologiya, loqopediya üzrə təlimin yekunu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən təşkil edilən “Xüsusi pedaqogika (defektologiya, loqopediya)” təlimi başa çatıb.

AzEdu.az xəbər verir ki, defektologiya, loqopediya üzrə təlimin aktuallığından danışan Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov bildirib ki, təlim  “Azərbaycan Dövlət Pedaqoji Universitetində təlimlərin təşkili qaydaları” çərçivəsində ödənişli əsaslarla keçirilır və ikinci dəfədir təşkil olunur. 

Qeyd olunub ki, təlim xüsusi pedaqogika, defektologiya, loqopediya ilə bağlı bilik və bacarıqlar əldə etmək istəyənlər üçündür və onların sayının artması nəzərə alınaraq gələcəkdə daha bir təlimin keçirilməsi istiqamətində təşkilati işlər görüləcək.

Təlimin gedişini ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov nəzarətdə saxlayıb. Prorektor iştirakçılarla görüşüb, onların rəy və təkliflərini dinləyib.

Növbəti ayda xüsusi pedaqogika ilə bağlı müəllim, tərbiyəçi, tələbə və valideynlərin, ümumiyyətlə, arzu edən hər kəsin iştirak edə biləcəyi birgünlük ödənişsiz seminarın təşkili məsələsi rəhbərliklə müzakirə ediləcək.

İştirakçıların təlim haqqında fikir, rəy və təklifləri dinlənildikdən sonra təlimdə iştirak edən 19 nəfərə sertifikatlar təqdim olunub.