Azedu.az

Məktəblilərə milli-mənəvi dəyərlərimiz haqqında məlumat verilib

Orta təhsil

7 Dekabr 2019, 12:10
Məktəblilərə milli-mənəvi dəyərlərimiz haqqında məlumat verilib

Bakıdakı 82 nömrəli tam orta məktəbdə "Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında milli-mənəvi dəyərlərimizin əksi” mövzusunda tədbir təşkil olunub.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən (MATM) AzEdu.az-a bildiriblər ki, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə MATM-ın əməkdaşı Qənirə Qafarlı mövzu üzrə mühazirə söyləyib.

Mühazirəçi muzeyin arxeologiya, etnoqrafiya, silahlar və bayraqlar fondlarının materialları haqqında ətraflı məlumat verib, milli irsimizin geniş təbliğ olunmasının əhəmiyyətini vurğulayıb.

Prezidentdən Rusiya barədə gözlənilməz çıxış - Sözləri zalı güldürdü
Son xəbərlərDaha çox