Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 14:20:00
Bu müəllimlərə şad xəbər-Ödənişsiz təlimlər təşkil olunacaq

Bakıda ingilis dili müəllimləri üçün 4 günlük intensiv "Təlimçilərə təlim" proqramı keçiriləcək.

AzEdu.az xəbər verir ki, "Təlimçilərə təlim" proqramı iki hissədən ibarət olacaq: Nəzəri (Təlim materialları ilə tanışlıq), praktiki ( Mikro-təlim məşğələləri vasitəsilə təlimçi rolunda özünüzü sınamaq şansı). Təlim Ukraynadakı "Go Global" təşkilatının mütəxəssisləri tərəfindən keçiriləcək.

“GoGlobal” Ukraynada yaradılmış və ölkə daxilində 1700-dən çox məktəb və 160.000 şagirdlə işləyən təhsil platformasıdır.

Bakıda təşkil olunan 4 günlük təlimdən sonra iştirakçıların biliklərini daha da artırmaq məqsədilə 3 onlayn verbinar mütəxəssislər tərəfindən keçiriləcək.

Təlimi yekunlaşdırmaq və sertifikat almaq üçün hər bir iştirakçı öz regionunda olan digər müəllimlərə 2-3 saat davam edən seminar (workshop)  keçməlidir.

Təlim  25-29  Yanvar 2020-ci ildə keçiriləcək

"Go Global" tərəfindən keçirilən Bakıda 4 günlük intensiv təlimdə iştirak edənlərə 3 onlayn vebinar və “Speak Glocal”, “Go Global” və ABŞ Səfirliyi tərəfindən imzalı sertifikat veriləcək.

Təlimdə iştirak ödənişsizdir və bütün logistika xərcləri qarşılanır (Nəqliyyat, otel və təlim zamanı yemək)

Təlimdə iştirak etmək üçün tələblər:

3+ il İngilis dilini tədris etmə təcrübəsi;

Göstərilmiş tarixlərdə Bakıda keçiriləcək təlimdə iştirak etmək;

Regionunuzda digər İngilis dili tədris edən müəllimlərə “workshop” keçə bilmək;

Qeydiyyat üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz: https://forms.gle/pPd6nbFL87GU2Ce88

Qeydiyyat üçün son son tarix 1 dekabrdır.

Qeyd edək ki, ətraflı məlumat üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz:

 -0506828478.

Günel Yaşarqızı
Müəllifin digər yazıları