Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 15:01:00
Daha çox uğurlardan dərs almaq lazımdır

Uğursuzluqlardan öyrənmə barədə geniş yayılmış fikirlərə zidd olaraq, yeni tədqiqatlara görə, uğurlardan daha çox qazanmaq mümkündür.

AzEdu.az xəbər verir ki, Çikaqo Universiteti  Biznes Məktəbinin motivasiya və qərarların qəbul edilməsi üzrə eksperti Ayelet Fişbax  bildirir  ki,  cəmiyyət uğursuzluğu nəsihətverici an kimi  təqdim  edir.   Lakin təcrübələrdə  uğursuzluq əksini sübut edir, həmin yanaşmanı sarsıdır.  " Bizə uğursuzluqlardan dərs almağı, uğursuzluqlara dözməyi öyrədiblər.  Məzunlar çıxışlarda tez-tez  uğursuzluqlar qarşısında necə cəsarətli olmaları barədə  danışırlar. Menecerlər isə uğursuzluqlardan şəxsən çıxardıqları dərslər haqqında fikirlərini bölüşür.  Əgər siz sadəcə ictimai çıxışları dinləyirsinizsə,  bizim daha çox uğursuzluqlara  kökləndiyimizi düşünə bilərsiniz. Ancaq bu, belə deyil”-deyə Ayelet Fişbax söyləyir.   
 

Tədqiqatçılar 1600-dən çox iştirakçı  arasında eksperiment aparıblar, onlardan hər biri   seçilmiş  sadə suallara cavab veriblər.  Sınaqlardan birində  tədqiqatçılar respondentlərdən ABŞ şirkətlərinin hər il pis müştəri xidməti səbəbindən nə qədər pul itirdiklərini soruşublar.  Cavablar, ya təxminən 90 milyard dollar, ya da təxminən 60 milyard dollar olub. Yalnız iki mümkün cavab olduğundan, iştirakçılar verdikləri  cavablara dair rəy aldıqdan sonra  düzgün cavabı bilməli, onların doğru olub-olmadığını başa düşməli idilər. Daha sonra tədqiqatçılar iştirakçıların əks-əlaqədən dərs alıb-almadıqlarını yoxlamaq üçün ilkin verilmiş sualların məzmununa bir də baxıblar.   

 Tədqiqatçılar deyirlər ki, nəticələr təlimi  optimallaşdırmaq üçün əhəmiyyət daşıyır. Fişbaxın dediyi kimi: "Başa düşməliyik ki, özümüzü uğursuzluğa düçar etməklə,  biz, ola bilsin, daha yaxşı öyrənmək üçün özümüzə şans vermirik”.

 Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)