Azedu.az

Məktəblini maşın vurub, vəziyyəti ağırdı

Orta təhsil

24 Noyabr 2019, 10:07
Məktəblini maşın vurub, vəziyyəti ağırdı

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AzEdu.az xəbər verir ki, APA -nın yerli bürosunun məlumatına görə, yolu keçmək istəyən Ələkbərov Süleyman Çingiz oğlunu maşın vurub. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaralı hazırda Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparılıb.

Qeyd edək ki, xəsarət alan şəxsin məktəbli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələrolacaq?
Son xəbərlərDaha çox