Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-17 12:37:00
Töhmət alan müəllimə hansı sənədlər təqdim olunmalıdır? - Cavab

AzEdu.az müəllim və direktorlara dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin ləğvini şərtləndirən amillər, sənədləşdirmə qaydaları, müqaviləyə xitam verilərkən işçinin hüquqları və s. kimi mövzularla bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Hazırda müəllimləri maraqlandıran məqamlardan biri də verilən töhmətin sənədləşdirilməsi qaydaları ilə bağlıdır.

Sual:

Töhmət alan müəlimə həmin töhməti təsdiq edən hansı sənədlər verilməlidir?

Cavab:

AzEdu.az məlumat verir ki, bu abrədə məlumatlar Əmək Məcəlləsinin 189-cu maddəsində əks olunubş Qanunvericiliyə görə,intizam tənbehi direktorun əmri ilə verilir. Töhmət alan müəllim müəllim həmin əmrlə tanış edilməlidir. Bundan əlavə, müəllimin tələbi ilə əmrin surəti ona verilməlidir.

İntizam tənbehi verilməsi barədə əmrdə işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.

Qeyd edək ki, müəllim əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, ona aşağıdakı intizam tənbehlərindən biri verilə bilər:

-Töhmət vermək;

-Sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

-Kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

-Əmək müqaviləsini ləğv etmək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları