Azedu.az

Azərbaycanlı şagird beynəlxalq müsabiqədə qalib oldu

Orta təhsil

11 May 2018, 09:00
Azərbaycanlı şagird beynəlxalq müsabiqədə qalib oldu

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İstedad” adlı beynəlxalq müsabiqə keçirilib.

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqəyə 14 ölkədən 543 ifaçı qatılıb.

Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının 10-cu sinif şagirdi, kanon ifaçısı Sevda Cəbrayılova müsabiqədə uğurla çıxış edərək birinci yerə layiq görülüb. S.Cəbrayılova müsabiqədə H.Xanməmmədovun “Konsert”, A.Əlizadənin “Cəngi”, N.Əliverdibəyovun “Elegiya”, S.Ələsgərovun “Şoloxo” əsərlərini, “Bayatı-Şiraz” muğamını ifa edib.

Gimnaziyanın xanəndə ixtisası üzrə təhsil alan 6-cı sinif şagirdi Əli Xuduzadə də müsabiqədə uğurla çıxış edib. Belə ki, Ə.Xuduzadə üçüncü yerə layiq görülərək laureat adını qazanıb.

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox