Azedu.az

Bakı məktəbliləri beynəlxalq yarışlarda  

Məktəblər

25 Oktyabr 2019, 16:50
Bakı məktəbliləri beynəlxalq yarışlarda  

Ümumtəhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, bu qurumun tabeliyindəki 183 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Zemfira Həsənzadə İspaniyada taekvondo idman növü üzrə keçirilən Avropa çempionatında 29 kiloqram çəki dərəcəsində II yerə layiq görülüb. Məktəbli gümüş medal və diplomla təltif olunub.

Vətənə uğurla qayıdan digər məktəbli isə 191 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ziya Həsənlidir. Məktəbli Mahaçqala şəhərində keçirilən taekvondo idman növü üzrə beynəlxalq yarışda 33-34 kiloqram çəki dərəcəsində II yeri tutub. Ziya Həsənli bu qalibiyyətinə görə gümüş medal və diplomla mükafatlandırılıb.

Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox