Azedu.az

Çində ibtidai məktəbə silahlı hücum zamanı 8 nəfər ölüb

Orta təhsil

3 Sentyabr 2019, 09:46
Çində ibtidai məktəbə silahlı hücum zamanı 8 nəfər ölüb

Çinin mərkəzi Hubey əyalətində ibtidai məktəbinə silahlı hücum edilib.

AzEdu.az-ın məlumatına görə apa  “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin cəhdinə baxmayaraq, onlardan 8-i dünyasını dəyişib.

Hücum tədris ilinin ilk günü saat 08:00 radələrində olub. Polis cinayətkarı tez bir zamanda yaxalaya bilib. Cinayətkarın 40 yaşında yerli sakin olduğu məlum olub.

Lakin hadisənin hansı səbəbdən törədildiyi barədə heç bir məlumat verilməyib.

SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələrolacaq?
Son xəbərlərDaha çox