![](https://azedu.az/uploads/news/2018/05/kkkk.jpg)
“Oksford bilirsiniz ki, dünyada həm təhsil, həm də elm cəhətdən böyük mərkəzlərdən biridir. Ona görə birlik 30 ölkənin dəstəyi, aparıcı alimləri tərəfindən təsis edilib. Oranın üzvü olaraq bir sıra layihələrə ekspert kimi cəlb oluna bilərəm”.
Bunu AzEdu.az-a açıqlamasında AMEA-nın Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev deyib.
Akademik Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzv seçilməsi ilə bağlı ətraflı danışıb, bunun Azərbayvan elminə olan faydalarından bəhs edib:
“Bu, Azərbaycan elminə olan hörmətdir. Digər tərəfdən isə Azərbaycanın adı səsləndirilir. Yəni, elmi birlikdə bu ölkədən də alimlər var. Bunun Azərbaycan elminin dünya elminə inteqrasiyasında, qəbul olunub, təsdiqlənməsində rolu var.
Oksford bilirsiniz ki, dünyada həm təhsil, həm də elm cəhətdən böyük mərkəzlərdən biridir. Ona görə birlik 30 ölkənin dəstəyi, aparıcı alimləri tərəfindən təsis edilib. Oranın üzvü olaraq bir sıra layihələrə ekspert kimi cəlb oluna bilərəm.
Mənə atributlar verilib: sertifikat, üzvlük vəsiqəsi, döş nişanı və möhürdür. Birliyin üzvü kimi hər hansı məsələdə ekspert kimi çıxış etsəm, imzamla yanaşı, bu birliyin üzvlüyünü təsdiq edən möhürüm də var. Bunlar rəsmi tərəfidir. Hər il forumlar keçirirlər. Müəyyən problemləri müzakirə edirlər. Təbii ki, məni də dəvət edəcəklər”.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)