Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə iyunun 13-də "Son zəng" tədbirləri keçirilib.
AzEdu.az xəbər verir ki, bu il Xankəndi şəhərindəki 4 nömrəli tam orta məktəbindən 32, Xocalının Ballıca kənd tam orta məktəbindən 15, Xocalı şəhər 1 nömrəli tam orta məktəbindən isə 6 şagird məzun olub.
Ağdərə rayonunda fəaliyyət göstərən Vəngli tam orta məktəbində 3, Həsənriz tam orta məktəbində isə 4 şagird məktəbi başa vuraraq məzun adını qazanıb.
"Son zəng" tədbirlərində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində müasir təhsil infrastrukturunun yaradıldığı, yeni məktəb binalarının tikildiyi, mövcud təhsil ocaqlarının əsaslı təmir və bərpa olunduğu, dövlət tərəfindən şagirdlərin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradıldığı vurğulanıb.