Azedu.az

Emin Əmrullayev Kəlbəcərdə ilk məzunu təbrik edib

Təhsil Nazirliyi

13 İyun 2026, 18:08
Emin Əmrullayev Kəlbəcərdə ilk məzunu təbrik edib

Emin Əmrullayev Kəlbəcərdə ilk məzunu təbrik edib.

AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Kəlbəcər rayonunda yerləşən B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib.

Belə ki, nazir bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Emin Əmrullayev bildirib ki, tədbir zamanı məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı təbrik edib.

“Bu gün Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən ‘Son zəng’ tədbirinə qatılaraq məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı təbrik etdim”,- deyə nazir qeyd edib.

O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə ilk məzunların yetişməsi Böyük Qayıdış prosesinin mühüm nəticələrindən biridir.

“İşğaldan azad olunmuş ərazilərimizdə ilk məzunların təhsilini başa vurması Böyük Qayıdışın ən dəyərli nəticələrindən biridir”, - deyə paylaşımda bildirilir.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox