Azedu.az

“İlin gənc müəllimi - 2026” müsabiqəsinə qeydiyyat BİTDİ

AzEdu Təhsil Platforması

13 İyun 2026, 13:47
“İlin gənc müəllimi - 2026” müsabiqəsinə qeydiyyat BİTDİ

“İlin gənc müəllimi - 2026” müsabiqəsinə qeydiyyat başa çatıb.

Müsabiqə AzEdu.az Təhsil Portalı və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Qeydiyyat mərhələsində iştirakçılar onlar üçün nəzərdə tutulan formanı dolduraraq özləri haqqında ətraflı məlumat təqdim edib, formda yer alan bütün bəndləri cavablandırıblar.

Hazırda müsabiqənin II mərhələsinə start verilib.

Bu mərhələdə təşkilatçılar tərəfindən müəyyən edilmiş ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin təqdim etdikləri məlumatları 100 ballıq şkala üzrə qiymətləndirəcək.

Qiymətləndirmənin nəticələrinə əsasən əvvəlcə müsabiqənin TOP-100 iştirakçısının siyahısı müəyyənləşdiriləcək. TOP-100-ə seçilən müəllimlərin adları yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Daha sonra TOP-100 arasından TOP-50, növbəti mərhələdə isə yalnız 10 müəllim final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, “TOP-10”a daxil olan müəllimlər yalnız onlayn səsvermə ilə deyil, həm də yüksək nüfuza malik elm və təhsil xadimlərindən ibarət komissiya tərəfindən qiymətləndiriləcəklər. Final mərhələsində yekun nəticənin 20 faizi onlayn səsvermənin, 80 faizi isə komissiyanın qiymətləndirməsinin payına düşəcək.

Müsabiqədə 39 yaşadək (39 yaş daxil olmaqla) müəllimlər iştirak edirlər.

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox