Azedu.az

14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir

Maraqlı

13 İyun 2026, 10:37
14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir

Yeni təmayül tədris modeli məktəb təhsilini ali təhsilə hazırlığın əsas platformasına çevirir.

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Sumqayıt şəhərində yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində keçirilən “Son zəng” tədbirində deyib.

Eşqi Bağırov qeyd edib ki, modelin tətbiq olunduğu müəssisələrdə buraxılış imtahan nəticələrində yüksəliş müşahidə olunur:

"2024-cü ilin sentyabr ayından etibarən ölkədə tam orta təhsil səviyyəsi üzrə tətbiq edilən yeni təmayül tədris modeli məktəb təhsilinin keyfiyyətinin artırılması və şagirdlərin ali təhsil müəssisələrinə hazırlığının gücləndirilməsi məqsədi daşıyır.

Məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Bu çərçivədə xüsusi tədris planlarının hazırlanması, fənlər üzrə dərinləşdirilmiş proqramların tətbiqi həyata keçirilir, həmçinin yüksək nəticə göstəricilərinə malik müəllimlər prosesə cəlb olunur.

Cari tədris ilində yeni təmayül tədris modeli ümumilikdə 14 təhsil müəssisəsində tətbiq olunub və 1584 şagirdi əhatə edib. Növbəti tədris ilində isə modelin tətbiq olunduğu müəssisələrin sayının artırılması nəzərdə tutulur, artıq şagird qəbulu ilə bağlı elanlar da açıqlanmağa başlayıb".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan monitorinqlərə əsasən, 2025-2026-cı tədris ilinin sentyabr-dekabr aylarını əhatə edən dövrdə şagirdlərin orta aylıq davamiyyəti əksər məktəblərdə 95-100 faiz intervalında olub:

"Yeni model üzrə təhsil alan şagirdlərin buraxılış imtahan nəticələrinin təhlili onların göstəricilərinin müvafiq şəhər üzrə ümumi orta balı mütəmadi olaraq üstələdiyini göstərir. Eyni zamanda, 100 baldan aşağı nəticə göstərən şagirdlərin sayında da ciddi azalma qeydə alınıb.

Model çərçivəsində təhsil müəssisələrində tədris keyfiyyəti mütəmadi şəkildə monitorinq edilir və nəticələrə uyğun olaraq proses təkmilləşdirilir".

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox