Azedu.az

Şimali Kipr TDT-nin bir parçasıdır - səfir

Maraqlı

13 İyun 2026, 13:23
Şimali Kipr TDT-nin bir parçasıdır - səfir

Türk dünyası bir ailədir və bu əməkdaşlıq daha da güclənir.

AzEdu.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbayandakı səlahiyyətli  və fövqəladə səfiri Birol Akgün jurnalistlərə açıqlamasında bildirib. 

“Bizim ilk Şimali Kipr tanıtım günləri bu il burada, İçərişəhərdə, Qoşa Qala meydanında təşkil olunur. Bu, həqiqətən də Türk dünyasının həmrəyliyi baxımından son dərəcə simvolik əhəmiyyət daşıyan bir tədbirdir.
Bu təşkilatın həyata keçirilməsində Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyinə və bu gözəl imkanın yaradılmasında əməyi olan Azərbaycan Respublikasının bütün aidiyyəti qurumlarına təşəkkür edirəm. Türk dünyası bir ailədir. Cənab Prezident İlham Əliyevin də tez-tez vurğuladığı kimi, bu bizim ortaq ailəmizdir. Şimali Kipr Türk Cümhuriyyəti də Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu ilə bu ailənin bir parçasıdır. Bu əməkdaşlıq və həmrəylik çox mühüm məna daşıyır.

Biz Türkiyə olaraq bu cür mənalı tədbirləri ürəkdən dəstəkləyirik. İstəyirik ki, insanlar gəlib buradakı gözəllikləri görsünlər, yerli mədəniyyəti və ləzzətlıri tanısınlar, bu turistik mühitdə yay günlərini birlikdə xoş keçirsinlər. Eyni zamanda qardaş xalqlar bir-birini daha yaxından tanısın”,- deyə səfir deyib.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox