Azedu.az

Şimali Kiprdə təhsil alan azərbaycanlıların sayı açıqlandı - EKSKLÜZİV

Ali təhsil

13 İyun 2026, 15:16
Şimali Kiprdə təhsil alan azərbaycanlıların sayı açıqlandı - EKSKLÜZİV

Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin sayı minə yaxınlaşır.

AzEdu.az xəbər verir ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın son illər əhəmiyyətli dərəcədə genişləndiyini bildirib.

Deputatın sözlərinə görə, hazırda Şimali Kipr Türk Cümhuriyyətində təhsil alan azərbaycanlı tələbələrin sayı min nəfərə yaxınlaşır:

“Cəmi bir-iki il əvvəl bu rəqəm 400 nəfərə güclə çatırdı. Son illərdə ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafı nəticəsində hazırda minə yaxın azərbaycanlı tələbə Şimali Kipr Türk Cümhuriyyətində ali təhsil alır”.

C.Feyziyev qeyd edib ki, əməkdaşlıq yalnız tələbə mübadiləsi ilə məhdudlaşmır. Onun sözlərinə görə, Şimali Kiprdə fəaliyyət göstərən ali təhsil müəssisələrində çoxlu sayda azərbaycanlı alim və müəllim çalışır:
“Şimali Kipr Türk Cümhuriyyətindəki universitetlərdə dərs deyən çoxsaylı azərbaycanlı professorlar, dosentlər və müəllimlər fəaliyyət göstərirlər”.

Deputat vurğulayıb ki, Şimali Kipr universitetləri azərbaycanlı tələbələr üçün xüsusi güzəştlər də tətbiq edirlər:
“Hər bir universitet Azərbaycandan gələn tələbələr üçün xüsusi təqaüd proqramları təqdim edir. Eyni zamanda bəzi tələbələr təhsil haqları ilə bağlı müxtəlif güzəştlərdən yararlanırlar”.

Onun sözlərinə görə, bu imkanlar Şimali Kipri xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün ən cəlbedici istiqamətlərdən birinə çevirib.

C.Feyziyev əlavə edib ki, Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən ali təhsil müəssisələri beynəlxalq standartlara cavab verir:

“Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən universitetlərin hamısı beynəlxalq standartlara uyğun akkreditasiyalara malikdir. Həmin universitetlərin diplomları Azərbaycan, Türkiyə və dünyanın bir çox ölkəsində tanınır”.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox