Azedu.az

Nazir məzunlarla rəqs etdi - VİDEO

Maraqlı

13 İyun 2026, 12:36
Nazir məzunlarla rəqs etdi - VİDEO

Elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhərində yerləşən məktəblərdən birində təşkil olunan “Son zəng” tədbirində iştirak edərək məzunların sevincinə şərik olub.

AzEdu.az xəbər verir ki, tədbir zamanı nazir məzunlarla birlikdə rəqs edib. Səmimi və xoş ovqatda keçən həmin anlar müəllimlər, şagirdlər, valideynlər və digər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bu gün ölkənin bütün ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilir.

Videonu təqdim edirik:

 

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox