Azedu.az

Təhsili bazar kimi görənlər: ixtisas seçimi edən bu şəxslərdən QAÇIN

İmtahanlar və qəbul məsələləri

13 İyun 2026, 16:14
Təhsili bazar kimi görənlər: ixtisas seçimi edən bu şəxslərdən QAÇIN

İxtisas seçimi dövrü yaxınlaşdıqca sosial şəbəkələrdə bu sahə üzrə özünü “mütəxəssis” kimi təqdim edən şəxslərin sayı artır.

Onlar əsasən "TikTok", "Instagram", "Telegram" və "YouTube" platformalarında aktivləşərək abituriyentlərə və valideynlərə müxtəlif vədlər verirlər.

Bu barədə “AzEdu Podkast”ında danışan təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, bəzi şəxslər hələ fevralın sonu, martın əvvəlindən etibarən ixtisas seçimi mövzusunda manipulyativ fəaliyyətə başlayırlar.

Onun sözlərinə görə, bu şəxslər qarşıda gəlir gətirən ixtisas seçimi prosesinə hazırlaşır, müxtəlif yerlərdə əldə etdikləri nəzəri və texniki biliklər hesabına özlərini peşəkar kimi təqdim etməyə çalışırlar.

"Həmin şəxslərin sosial şəbəkələrdə geniş izləyici auditoriyasına malik olması da onların təsir imkanlarını artırır. Azərbaycanda valideynlər övladlarının ali məktəbə qəbul olunmasını çox önəmsədikləri üçün bu həssaslıqdan sui-istifadə etmək asan olur.

Təəssüf ki, bəzi şəxslər valideynləri və abituriyentləri qorxulu proqnozlarla təsir altına salmağa çalışır, guya yalnız onların hazırladığı ixtisas seçimi ilə ali məktəbə qəbulun mümkün olacağını iddia edirlər. Onlar statistik göstəricilərdən istifadə edərək peşəkar görüntü yaradır, abituriyentin balının kifayət etmədiyini söyləyir və sonda onu inandırmağa çalışırlar ki, ixtisas seçimini məhz onlar etməsələr, ali məktəbə qəbul olmaq mümkün olmayacaq”, - deyə təhsil tədqiqatçısı bildirib.

Onun sözlərinə görə, bu cür manipulyasiyalar həm abituriyentlərə, həm də valideynlərə ciddi psixoloji təsir göstərir və təəssüf ki, bir çox ailə bu vədlərə inanaraq yanlış qərarlar verir.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox