Azedu.az

Lənkəranda döyülən yeniyetmə xəstəxanada ölüb

Hadisə

21 Sentyabr 2026, 16:18
Lənkəranda döyülən yeniyetmə xəstəxanada ölüb

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb.

AzEdu.az-ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib.

Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilərək süni tənəffüs aparatına qoşulub. Həkimlərin səyinə baxmayaraq, E.İbadov bu gün günorta saatlarında xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, hadisə sentyabrın 17-də baş vermişdi. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə İ.B. saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Türkiyə raketlərlə vurulacaq! - Şok xəbərdarlıq edildi
Son xəbərlərDaha çox