Ümumi təhsil müəssisələrində birinci sinifdə təhsil alan şagirdlərin sayı müxtəlif illərdə dəyişiklik göstərib.
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” adlı statistik məcmuəsində qeyd olunub.
Statistik məlumata görə, 2000/2001-ci tədris ilinin əvvəlinə dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrində birinci sinif şagirdlərinin sayı 165,8 min nəfər olub. Onların 86,7 min nəfərini oğlanlar, 79,1 min nəfərini isə qızlar təşkil edib.
2005/2006-cı tədris ilində birinci sinif şagirdlərinin sayı 123,9 min nəfərə, 2010/2011-ci ildə isə 119,9 min nəfərə enib. Sonrakı illərdə göstəricidə artım müşahidə olunub. Belə ki, 2015/2016-cı tədris ilində birinci sinif şagirdlərinin sayı 155,8 min nəfər, 2018/2019-cu ildə 157,9 min nəfər təşkil edib. 2019/2020-ci tədris ilində bu göstərici 131,2 min nəfər, 2020/2021-ci ildə isə 129,9 min nəfər olub. Statistikaya əsasən, 2020/2021-ci tədris ilində birinci sinifdə təhsil alan şagirdlərin 69,1 min nəfəri oğlan, 60,8 min nəfəri qız olub. Qeyd edək ki, göstəricilərə sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi təhsil müəssisələrində və xüsusi siniflərdə təhsil alan şagirdlər daxil edilməyib.
Xatırladaq ki, 2026-2027-ci tədris ili üzrə birinci sinfə gedənlərin sayı 124 mindən çoxdur.