Azedu.az

“Əsas Qrant Müsabiqəsi - 2026”nın qalibləri açıqlanıb

AzEdu Təhsil Platforması

21 Sentyabr 2026, 13:31
“Əsas Qrant Müsabiqəsi - 2026”nın qalibləri açıqlanıb

Azərbaycan Elm Fondu tərəfindən elan edilmiş “Əsas Qrant Müsabiqəsi – 2026”nın nəticələri açıqlanıb.

Bu barədə AzEdu.az-a Azərbaycan Elm Fondundan məlumat verilib.

Bildirilib ki, müsabiqənin əsas məqsədi ölkədə elmi tədqiqatların stimullaşdırılması, aktual və perspektivli elmi istiqamətlər üzrə tədqiqatların dəstəklənməsi, elmi potensialın gücləndirilməsi, həmçinin əldə olunan elmi nəticələrin praktiki tətbiq imkanlarının genişləndirilməsidir.

Müsabiqəyə ümumilikdə 192 layihə təqdim olunub. Daxil olmuş layihələrin müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanıldıqdan sonra müvafiq layihələr elmi ekspertiza mərhələsinə buraxılıb.

Layihələrin qiymətləndirilməsi Azərbaycan Elm Fondunun daimi və müstəqil elmi ekspertləri tərəfindən beynəlxalq təcrübədə qəbul edilmiş “peer-review” və “merit review” prinsipləri əsasında həyata keçirilib. Qiymətləndirmə zamanı layihələrin elmi aktuallığı və yeniliyi, tədqiqat metodologiyası, gözlənilən elmi nəticələr, nəticələrin tətbiq perspektivləri, layihə komandasının elmi potensialı və digər müvafiq meyarlar nəzərə alınıb.

Ekspertizanın nəticələri əsasında Azərbaycan Elm Fondunun Müşahidə Şurasının qərarı ilə 22 layihə müsabiqənin qalibi elan edilib.

Qalib layihələrin maliyyələşdirilməsi Azərbaycan Elm Fondu tərəfindən müsabiqənin şərtlərinə və müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək.

“Əsas Qrant Müsabiqəsi – 2026” üzrə qalib layihələrin siyahısı ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür.

Azərbaycanla Türkiyə Xəzərdə hərəkətə keçdi - Rusiyaya kritik mesaj
Son xəbərlərDaha çox