Azedu.az

Azyaşlı qonşusunu güllələdi 

Hadisə

21 Sentyabr 2026, 09:46
Azyaşlı qonşusunu güllələdi 

Ağdaşda silahlı insident baş verib.

AzEdu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.

Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə. yetirib.

Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib.

Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə. Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir.

Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi - Foto

Azərbaycanla Türkiyə Xəzərdə hərəkətə keçdi - Rusiyaya kritik mesaj
Son xəbərlərDaha çox