Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 12:50:00
Alimlərdən erkən ölümün səbəbi ilə bağlı İDDİA

Əgər insanlar ətdən imtina etsəydilər, erkən ölümlərin ən azı üçdə birindən qaçmaq mümkün olardı.

AzEDU.az Report-a istinadən bildirir ki, belə bir açıqlama ilə Harvard universitetinin Epidemiologiya və Qidalanma sahəsi üzrə tibb məktəbinin professoru Uolter Uillet çıxış edib.

Onun sözlərinə görə, sağlam qidalanma bitki qidasına əsaslandırılmalıdır. Bu halda ətdən birdəfəlik imtina etmək tamamilə vacib deyil. "Sağlam qidalanma praktik olaraq hər şeyin riskini aşağı salır", - deyə professor əminliklə vurğulayıb.

Oxşar fikri tibbə məsul olan komitənin prezidenti doktor Nil Barnard da bölüşüb.

"İnsanlar hesab edirlər ki, sağlam qidalanma onlara ciddi effekt göstərir, vegeterian pəhrizi isə sadəcə çəkini bir az azaltmağa kömək edir. Amma nə vaxt ki, belə pəhrizlər düzgün təşkil edilir, onlar çox təsirli ola bilərlər", - deyə o bildirib.