Azedu.az

Bəzi rayonlara leysan, Şahdağa qar yağır - FAKTİKİ HAVA

AzEdu Təhsil Platforması

1 İyul 2026, 12:06
Bəzi rayonlara leysan, Şahdağa qar yağır - FAKTİKİ HAVA

Azərbaycan ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 1-i saat 11:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilib.

Düşən yağıntının miqdarı: Şəkidə 46 (aylıq normanın 76 %-i), Oğuzda 36 (aylıq normanın 54 %-i), Göyçayda 20 (aylıq normanın 93 %-i), Ağdamda 16 (aylıq normanın 55 %-i), Qəbələdə 15, Qaxda (Sarıbaş) 13, Yevlaxda 12 (aylıq normanın 57 %-i), Mingəçevirdə 10 (aylıq normanın 50 %-i), Xızıda 8, Zaqatala, Kürdəmirdə 7 (aylıq normanın 52 %-i), Gədəbəydə 7, Goranboy, Şahdağ, Şamaxıda 6, Xaltan, Tərtərdə 5, Lənkəran, Qobustan, Xınalıq, Balakən, Göygöldə 4, Ağstafa, Qrız, Astara, İmişlidə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdə, Zərdab, Şəmkir, Tovuz, Cəbrayıl, Daşkəsəndə 2, Naftalan, Quba, Qusar, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Putin bu tarixdə hakimiyyətdən gedəcək - Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ
Son xəbərlərDaha çox