Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-10 09:35:19
Sabah dərs yoxdur

Sabah məktəblərdə dərs olmayacaq.

AzEDU.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi” ndə müvafiq dəyişikliklər edilib və aprelin 11-i seçkilərlə əlaqədar qeyri-iş günü elan olunub.

Bu səbəbdən, 11 aprel şagirdlər dərsə getməyəcəklər.

Qeyd edək ki, Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması”  və “2018-ci ilin istehsalat təqvimi” ndə müvafiq dəyişikliklər edilərək aprel və oktyabr aylarının aylıq iş vaxtı norması təshih olunacaq.

Nəzrin Rüstəmova