Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 17:00:00
Gənclərimiz Fransada yalnız attestat sayəsində oxuya bilərlər – Ekspertdən “yol xəritəsi”

Dünyanın ən güclü təhsil sisteminə malik ölkələrindən biri də Fransadadır.  

Ölkənin müasir təhsil sisteminin əsası 1880-1890-cı illərdə qoyulub.

Son zamanlar Fransada da təhsil alan azərbaycanlıların sayı  artmaqdadır.

 “Fransanın bəzi universitetlərinə tələbələr attestatla qəbul ola  bilər”.

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib. Onun sözlərinə görə, Fransanın özəl universitetlərində azərbaycanlı gənclər birbaşa attestatla qəbul ola bilər:

“Fransada təhsil sistemi 12 illik  olduğu üçün dövlət universitetlərinə attestatla qəbul olmaq mümkün deyil. Lakin özəl universitetlərdə birbaşa attestatla qəbul olmaq olar. Amma tələbənin xarici  dil sertifikatı yoxdursa və ya ingilis dilini bilmirsə əlavə bir illik hazırlıq oxumalıdır. Fransada həm ingilis həm də fransız dilində təhsil almaq  mümkündür. Onu da qeyd edim ki, hazırlıq özəl universitetlərdə  və bəzi beynəlxalq məktəblərdə olur”.

Həsən Əliyev bildirib ki, Fransada dövlət universitetlərində təhsil ödənişsizdir.

“Fransada dövlət universitetlərində təhsil almaq ödənişsizdir. Amma adminstrativ xərclər var ki, 500-1500 avro arasındadır. Lakin özəl  universitetlərdə illik təhsil haqqı 6000-15000 avro arasında dəyişir. Viza üçün isə bank hesabı və ya ailənin sponsor sənədi olmalıdır. Tələbələr bilməlidir ki, vizaya müraciət etmədən öncə  yataqxana və ya kirayə  ev tutmalı, universitetin təhsil haqqını ödəməlidirlər. Fransa təhsilinə görə dünyada ən yaxşı 6 ölkədən biridir. Lakin tövsiyə kimi deyə bilərəm ki, tələbələr daha çox ingilis dilində  təhsil almağa maraq göstərsinlər”.

    

Günel Yaşarqızı
Müəllifin digər yazıları