Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-11 10:06:00
III kurs tələbəsinin "NatiqSən" adlı layihəsi başa çatdı- FOTOLAR

Azərbaycan Gənclər Fondunun Azərbaycan Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində qalib olan "NatiqSən"  layihəsinin 9 və 10  fevral tarixlərində qiymətləndirmə və bağlanış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, layihə rəhbəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Güntəkin Mehnətlidir.

Layihənin məqsədi Neftçala şəhərində yaşayan 11-ci sinif şagirdlərinin natiqlik qabiliyyətinin inkişaf etdirilməsi və onlarda sosial problemlərə qarşı diqqətin artırılmasıdır.

Layihə 5 mərhələdən ibarət olmaqla açılış mərasimi,  2 günlük təlimlər,  qiymətləndirmə və bağlanış mərasimindən ibarətdir. Bağlanış mərasimində qiymətləndirmədən asılı olaraq məktəblilərə sertifikat, diplom və hədiyyələr təqdim olunub.