Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-06 14:50:58
“Rektor olsam, öncə sessiya imtahanlarındakı keçid balını aşağı salardım” – IV kurs tələbəsi  

“Rektor olsam, Avropa sistemini tədbiq edərdim. Orada tələblər imtahan zamanı yanlarında kitab olduğu halda belə, ondan istifadə etmirlər. Bizdə isə tələbəni o dərəcədə sıxışdırırlar ki, hər vasitəyə əl atmalı olur”. 

AzEdu.az tələbələrin rektorlardan əsas istəkləri ilə bağlı sorğu keçirib. “Rektor olsaydınız, hansı yenilikləri tətbiq edərdiniz?” sualına tələbələrin cavabı belə olub: 

Bakı Dövlət Universiteti, Filologiya fakültəsinin III kurs tələbəsi Səbinə Qurbanova rektor olsa Avropa təhsil sistemindən istifadə edəcəyini deyir: 

“Rektor olsam universitetdə Avropa sistemini tədbiq edərdim. Orada tələbələr imtahan zamanı  yanlarında kitab olsa da, ondan istifadə etmirlər. Bizdə isə tələbəni o qədər sıxışdırırlar ki, hər vasitəyə əl atmalı olur. Məncə, tələblərə köçürməyin onların özlərinə ziyan olduğunu aşılamaq lzımdır. 

Bundan əlavə, qayıb limitini ləğv edərdim. Tələbələr dərsə qayıb limitinə görə, məcburiyyətdən deyil, oxumaq üçün gəlməlidirlər. İmtahanlarımızda kameralarla yanaşı, otaqda nəzarətçilər də olur. Belə olanda tələbə özünü stress altında hiss edir. Nəzarəti bir az yüngülləşdirərdim: ya nəzarətçi, ya da kamera olsun. Universitetin təmiri ilə bağlı işlər görər, yeni korpus yaradardım. Bəzi fakültələr bir-biri ilə əlaqəsiz də olsa, eyni binda yerləşir. Onları ayırmaq daha məntiqə uyğundur”. 

Odlar Yurdu Universiteti, Humanitar və Xarici dillər fakültəsinin I kurs tələbəsi Sultanova Pərvanə isə bildirib ki, əlində olsa, tələbə bileti zərurətini aradan qaldırardı: 

“Bütün ali məktəblərdə tələbə bileti vacib olsa da, Odlar Yurdu Universitetində buna xüsusi diqqət yetirirlər. Digər universitetlərdən fərqli olaraq biz tələbə biletini boğazımızdan asırıq. Rektor olsam, bu məcburiyyətin aradan qaldırardım. Daha sonra bufetlərdə qiymətləri ucuz edərdim. Oxuduğum universitetdə başqa hansısa dəyişiləcək  məsələ görmürəm”. 

Azırbaycan Memarlıq və İnşaat Universiteti,  İnşaat Mühəndisliyi fakültüsinin III kurs “Sabah” qrupu tələbəsi Hüseynli Zeynəb  isə düşünür ki, rektor kəsrli və kəsrsiz tələbəyə eyni diplomu verməməlidir: 

“Rektor olsam çox şeyi dəyişərdim. Məsələn, yaşlı müəllimləri, yeni, bacarıqlı kadrlarla əvəzləyər, dərs metodunu dəyişərdim. Düşünürəm ki, beçə ildən qalma mühazirələr artıq tələbələrə lazım deyil. 

Rüşvət məsələsini diqqətdə saxlayardım. Ən əsası isə kəsilən tələblərin digərləri ilə eyni diplomu almasına icazə verməz, onu ya rəng, ya nəyəsə görə fərqləndirərdim. Məsələn, tələbə bir fəndən kəsilibsə diplomda həmin kəsri nə iləsə göstərərdim”.

Əsgərova Nigar isə hazırda Avrasiya Universitetində IV kursda təhsil alır. O, öncə 3 il Xəzər Universitetində oxuyub. O keçid balını  və təhsilhaqqı ilə bağlı məsələlərə toxunub:

“Xəzər Universotetində rektor olsaydım, öncə keçid balını aşağı salardım. Digər universitelərdə keçid balı 51 olduğu halda burada 60-dır. Bəzən tələbə 58-59 balla kəsilir, imkanı olmayıb tamamlama imtahanına girə bilmirsə, avtomatik yenidən kəsilir. Belə hallar tələblərin universitet dəyişdirməsinə gətirib çıxardır.

Bir də ki, ödəniş məsələsi var. Doğrudur, universitetin prestiji yüksəkdir. Amma təhsilhaqları çox yüksəkdir. Dövlət sifarişli yerlər də azdır. Belə olduqda, maddi vəziyyəti elə də yaxşı olmayan tələbələr Xəzər Universitetinə yalnız uzaqdan baxırlar”. 

Avrasiya universitetində isə, təkminləşdirilmiş elektron sistem yaradacağını bildirib

“Avrasiya Universitetində rektor olsaydım, mərkəzləşdirilmiş təkmilləşdirilmiş elektron sistem yaradardım. Hazırda yeni sistem olsa da, əksiklikləri də var. Elektron formada ərizələr olmalıdır. Çünki dekanlığa yaxınlaşdıqda ya dərs vaxtı olduğunu, ya da kiminsə işdə olmadığını deyib sabah gəməyi xahiş edirlər. Elektron müraciət olsa işimiz daha praktik olar. 

Otaqların şəraitini də yaxşılaşdırmaq lazımdır. Elektron lövhələri yeniləmək, projektorların və kompüterlərin sayını artırmaq  lazımdır ki, təqdimatlar zamanı çətinlik yaranmasın”. 

Azərbaycan Texniki Universiteti, Nəqliyyat fakültəsinin I kurs tələbəsi Sadiq Musazadə rektor olsaydı, kollekvium və sərbəst işləri ləğv edərdi: 

“Rektor olsam, ilk növbədə kollekvumları ləğv edərdim. Hər fəndən ayda bir dəfə olmaqla semestr ərzində 3 kollekvium olur. Bildiyim qədəriylə bəzi universitetlərdə bu ənənə artıq ləğv edilib. Bundan əlavə, sərbəst işləri ləğv edərdim. Onların çox lazımsız olduğunu düşünürəm. Universitetdə nəzarəti gücləndirər, bufetlərdəki qiymətləri tələbənin cibinə uyğun tənziməyərdim”. 

Rəna Nəbi