Azedu.az

Rus bölməsini seçənlərə PİS XƏBƏR  - Göstəricilər xeyli aşağıdır

Orta təhsil

11 Sentyabr 2026, 11:06
Rus bölməsini seçənlərə PİS XƏBƏR  - Göstəricilər xeyli aşağıdır

"Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir".

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev çıxışı zamanı bildirib.

O qeyd edib ki, 4-cü sinif şagirdlərinin nəticələri Azərbaycan və rus bölmələri üzrə müqayisə edilərkən yalnız hər iki bölmənin fəaliyyət göstərdiyi eyni məktəblər nəzərə alınıb. Bu yanaşma nəticələrin müqayisəsində yaşayış məntəqəsi və sosial-iqtisadi vəziyyət kimi amillərin mümkün qədər eyniləşdirilməsinə imkan verib.

Elnur Əliyevin sözlərinə görə, müqayisə zamanı Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri nisbətən daha yüksək olub. Orta ballar bir-birinə yaxın olsa da, Azərbaycan bölməsində 4-cü səviyyədə olan şagirdlərin payının daha çox olduğu müəyyənləşib.

O bildirib ki, hazırkı müşahidələr Azərbaycan bölməsində təhsil alan şagirdlərin nəticələrinin nisbətən daha yaxşı olduğunu göstərir:

Elnur Əliyev məktəbəqədər təhsilin şagirdlərin nəticələrinə təsiri ilə bağlı aparılan təhlilin nəticələrinə də toxunub. Bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin vahid məlumat bazasının təsirini hazırkı şagird qrupunda tam şəkildə qiymətləndirmək mümkün deyil.

Onun sözlərinə görə, vahid məlumat bazasına 2022-ci ilin payızından daxil edilən məlumatlar həmin ildən əvvəl birinci sinfə qəbul olunmuş uşaqları əhatə etmir. Buna görə də hazırkı təhlildə əsasən məktəbəhazırlıq qruplarında təhsil alma faktı nəzərə alınıb.

“Yaxşı xəbər ondan ibarətdir ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların nəticələri təxminən digər yaşıdlarından 10 bal artıqdır”, – deyə Elnur Əliyev bildirib.

Qeyd olunub ki, bu göstərici həm şəhər, həm də kənd məktəbləri üzrə ayrıca təhlil edilib.

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox