Azedu.az

Məktəbəhazırlıq qruplarında gözlənilməz yeniliklər - Rəqəmlər necə artdı?

Orta təhsil

11 Sentyabr 2026, 10:23
Məktəbəhazırlıq qruplarında gözlənilməz yeniliklər - Rəqəmlər necə artdı?

Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatdırılıb.

AzEdu.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.

Eşqi Bağırov qeyd edib ki, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində müxtəlif modellər üzrə işlər davam etdirilir:

“Əvvəlki illə müqayisədə 6 mindən çox yer artıq elan edilib və 112 min sayına nail olmuşuq.

Növbəti miqyasca dövlət bağçalarından sonra ikinci gələn model məktəbəhazırlıq qruplarının təşkilidir. Bildiyiniz kimi, 2016-cı ildən tətbiq edilən bu layihə ümumi təhsil müəssisələrində 5 yaşlı uşaqların məktəbəhazırlığını təmin edir. Bu istiqamətdə də bu il ölkə üzrə ən yüksək nəticə əldə olunub. Qəbul yerlərinin sayı 85 mindən 104 minə çatdırılıb.

Daha bir model icma əsaslı qrupların fəaliyyətidir. Bu, dövlət bağçaları olmayan ucqar kəndlərdə, xüsusi tələbat olan ərazilərdə ümumi təhsil müəssisələrinin infrastrukturundan istifadə etməklə yaradılan imkandır. Burada yerlərin sayı 24 mindən 36 minə çatıb.

Eyni zamanda nəzərə almaq lazımdır ki, modellərdən biri son iki il ərzində tətbiq edilən valideyn-dövlət-özəl tərəfdaşlığıdır”.

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox