Azedu.az

Şagirdləri sərt qaydalar gözləyir

Xarici təhsil

18 Avqust 2026, 13:23
Şagirdləri sərt qaydalar gözləyir

Almaniyanın dörd federal əyalətində yeni tədris ilinə start verilib. Avqustun 17-dən etibarən Saksoniya, Saksoniya-Anhalt, Türingiya və Şlezviq-Holşteyn əyalətlərində minlərlə şagird yenidən parta arxasına keçib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni tədris ilinin başlaması ilə əlaqədar bir sıra alman məktəblərində sərt qərarlar və yeniliklər tətbiq olunub.

Xüsusilə Saksoniya əyalətində qəbul edilən yeni qaydalar diqqət çəkir. Belə ki, 2026/2027-ci tədris ilindən etibarən 8-ci sinfə qədər olan şagirdlər üçün bütün məktəb ərazisində mobil telefonlardan və şəxsi qadjetlərdən istifadəyə qəti qadağa qüvvəyə minib. Təhsil rəsmiləri bu addımın əsas məqsədinin şagirdlərin diqqətini yayındıran amilləri minimuma endirmək, sinifdə sağlam ünsiyyəti və canlı sosial əlaqələri gücləndirmək olduğunu bildiriblər.

Bununla yanaşı, əyalətdəki ümumilikdə 528 tədris proqramı müasir dövrün tələblərinə uyğun olaraq yenilənib. Yeni proqramlar xüsusilə rəqəmsallaşdırma və media savadlılığının artırılması istiqamətinə fokuslanıb.

Qeyd edək ki, Almaniya mediasında yeni tədris ilinin başlanması fonunda dövlət məktəblərindəki infrastruktur problemləri və müəllim çatışmazlığı kimi məsələlər də geniş müzakirə olunan mövzular sırasındadır.

Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür
Son xəbərlərDaha çox