Azedu.az

Universitetlərdə qiymət stresi tariximi olur?

Xarici təhsil

12 Avqust 2026, 18:35
Universitetlərdə qiymət stresi tariximi olur?

Ali təhsil müəssisələrində birinci kurs tələbələrinin akademik stresini azaltmaq məqsədilə tətbiq edilən yeni yanaşma getdikcə populyarlaşır.

AzEdu.az KİV-ə istinadən xəbər verir ki, xüsusilə Miçiqan Universitetinin yeni tələbələrin ilk dövrlərdəki qiymətlərini müvəqqəti olaraq gizlətmək (maskalamaq) planlaşdırdığı açıqlanıb. Bu təcrübə tələbələrə rəqabət mühitindən dərhal təsirlənmədən, ilk aylarda universitet həyatına adaptasiya olmağa və yalnız öyrənməyə fokuslanmağa şərait yaradır.

Bildirilir ki, tələbələrin ilk semestrdə yaşadığı qiymət narahatlığı və psixoloji gərginliyi aradan qaldırmağa hədəflənən bu cür addımlar gələcəkdə digər ali təhsil ocaqlarında da geniş yayılacaq tendensiyalardandır.

Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...
Son xəbərlərDaha çox